00:00:00
Yazar
Admin User
19.12.2025 17:43 99 6 dəq oxuma
Sosial

İnsan niyə ən çox özünü aldadır?

İnsan niyə ən çox özünü aldadır?

İnsan bəzən başqalarını deyil, məhz özünü aldatmağa daha çox meyllidir. Bunun əsas səbəbi həqiqətin hər zaman rahat olmamasıdır. Özünü aldatmaq insan üçün bir növ psixoloji müdafiə mexanizmi rolunu oynayır - insan reallığı tam qəbul etmədikdə, daxili balansını qorumağa çalışır. Çox vaxt insan səhv etdiyini bildiyi halda bunu etiraf etmək istəmir. Çünki etiraf məsuliyyət, dəyişiklik və bəzən də itki deməkdir. Özünü aldatmaq isə daha asan yoldur: vicdan sakitləşir, qorxu azalır, qərarsızlıq müvəqqəti olaraq aradan qalxır. İnsan “mən haqlıyam” deməklə öz daxilində rahatlıq tapır.

 

Bu mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “İnformator.az”a bildirib ki, insan, cəmiyyət münasibətləri çox mürəkkəb münasibətlərdir və cəmiyyətlərin təbiətindən asılı olaraq cəmiyyətin xarakterindən, sosial xarakterindən, məzmunundan asılı olaraq bu münasibətlər bir qədər də mürəkkəbləşir:

 

“Misal üçün, ənənəvi cəmiyyətlərdə şəxsiyyət fərd daha çox cəmiyyətin təsiri altındadır. Yəni burada cəmiyyət qanunları daha çox dominantlıq edir. Cəmiyyətin fərd üzərində dominantlığı daha çoxdur və belə cəmiyyətlərdə şübhəsiz ki, fərd bəzən bu və ya digər arzularına, istəklərindən əl çəkir, cəmiyyətin qoyduğu qaydalara, normalara uyğunlaşır. Və yaxud da ki, adaptasiya, yəni cəmiyyətə uyğunlaşmaqla bu prosesi yaşamış olur. Ona görə də cəmiyyət və fərd qarşılaşması fərqli və müxtəlif zamanlarda olur. Cəmiyyət ənənəvi cəmiyyəti olanda fərq nəzarəti cəmiyyətin üzərində nəzarətin dominantlığını daha çox hiss eliyir, amma liberal dəyərləri olan liberal cəmiyyətlərdə isə nisbətən cəmiyyətin fərdə təsiri yumşaq olur. Hətta bir sıra hallarda, məsələn, ənənəvi cəmiyyətlərdə mühafizəkar cəmiyyətlərdə fərd öz üzərində cəmiyyətin hədsiz basqısını hiss etdikdə özgələşmə başlayır. Ancaq ferallaşmada isə geri dönməz proses olur və fərdlə, cəmiyyət arasında gərginlik eskalasiya olunur və beləliklə də bu proses demək ki, fərdin ümumiyyətlə cəmiyyətdən uzaqlaşması, özünə qapanması, fərdin ferallaşması, hətta psixosomatik durumuna təsir edə biləcək bir səviyyəyə gəlib çata bilir. O baxımdan bəzən də insanlar cəmiyyətin qoyduğu norma və qaydalara uyğunlaşır və yaxud da ki, onun intrizasiya prosesində, yəni daxilinə daxil olur və cəmiyyətin qoyduğu qaydalarla yaşamaq olur. Cəmiyyətin qoyduğu norma və qaydalar fərd tabe olmursa, cəmiyyət ona siqmatik yanaşır.Hətta onun üçün adlarda seçirlər. Fərdə bu adları qəbul etməsin deyə qaydalarla yaşayır. Bir tərəfdən cəmiyyətə sanki deyir ki, mən sənin qoyduğu qaydalarla, normalarla hərəkət edirəm, digər tərəfdən isə özünün daxili dünyası var və o dünyanı daxilində yaşayır. Beləliklə də şəxsiyyətin ikiləşməsi başlayır. Şəxsiyyətin ikiləşməsi də şübhəsiz ki, şəxsdə şəxsin özünü aldatmasına da gətirib çıxara bilər. Şəxs sanki bilir ki, reallıq başqa şeydir, ancaq özünü inandırmaq istəyir, yalançı rəvayətlər, miflər uydurur. Və yaxud da ki, şəxsiyyətin ikiləşməsi yükləşməsi prosesi başlayır. Bu daha çox mühafizəkar ənənəvi cəmiyyətlərdə belədir, hansı ki, o cəmiyyətlərdə daha çox cəmiyyətin fərd üzərində nəzarəti güclüdür və müxtəlif səviyyələrdə var. Liberal cəmiyyətlərdə nisbətən vəziyyət başqa cürdür, yəni cəmiyyətin fərd üzərində nəzarət mexanizmi nisbətən azdır. Ona görə də fərd öz daxili potensialına, daxili imkanlarını üzə çıxarmağa cəhd edir və buna bəlli bir səviyyədə nail ola bilir. Mütəfəkkirlər olub ki, hətta insanların, cəmiyyətlərin inkişaf səviyyəsini, həm də onun mənəvi dəyərlərini dini konfensional baxışları ilə də izah etməyə çalışırlar. Ona görə  mütəfəkkirlər bu cəmiyyətlərdə sivilizasiyanın inkişaf tempini də fərqləndirir və bununla bağlı, Maks Veberin Kapitalizm ruhu, Protestant etikası əsərində var. Əslində cəmiyyət öz özünü tənzimləyən sistemdir. Cəmiyyətin normaları və qaydaları ilə özü özünü tənzimləyir və fərdin sosiallaşmasını təmin edir. Əgər normalar dəyərlər olmasa, fərd sosiallaşma zamanı bir sıra istiqamətlərə yönələ bilir ki, bu da şübhəsiz ki, ictimai nizamda müəyyən məqamlar yarada bilir. Buna görə də cəmiyyət öz özünü tənzimləyən sistem kimi baxır. Belə normaları adət- ənənələri vasitəsilə ictimai nizamı təmin edir. Bu baxımdan fərdin özünü aldata bilməz. İnsan bilir ki, hərəkət təbii hərəkətdir yoxsa yox. Yəni bu şəxsiyyətin ikiləşməsi, fonundan söhbət gedir. Bütün hallarda cəmiyyətə hesablanmış addımlar var. Birdə fərdin öz dünyası, öz həyatı var və bu həyatda şübhəsiz ki, situativ olaraq bəzən də özünü aldatmağa məcbur olur. Və yaxud da ki cəmiyyətlə konfliktdən qaçmaq üçün bəzən özünü aldadır və sanki həm də cəmiyyəti aldatmağa çalışan bilən insanlar da var. Bu, insanın təbiətinə və cəmiyyətin xarakterinə uyğun bir məsələdir. Yəni cəmiyyət, fərd qarşılaşması, cəmiyyət və fərd münaqişəsi həmişə olub və olacaq. İnsan bəzən öz üzərindəki ictimai nəzarəti qəbullanır. Bəzən də qəbullanmır qəbullananların ayrı həyat qəbullanmayanların ayrı həyatı var. Cəmiyyətlə fərd harmoniya halında inkişaf edə bilər. Cəmiyyətin fərdə bildirdiyi iradlər onu inkişaf etdirir. Bəzi insanlar cəmiyyətin qaydalarını qəbul edərək, inkişaf edir. Bəzilərisə yox. "Yəni, cəmiyyət fərdi sıxmamalıdır, yaxud da ki, o halda cəmiyyətin öz dəyərlərini təsirini yaxın buraxmamalıdır ki, fərd daxili azadlığını əldən verməsin. Çünki daxili azadlığını itirəndə onun yaradıcı potensialı da azalır. Ancaq yaradıcı daxili potensialını o halda üzə çıxara bilir ki, insanın daxili azad olur və azad olanda ancaq cəmiyyətin qoyduğu qaydaları rasional şəkildə, aşmaqla, amma cəmiyyətin formalaşmış dəyərlərinə hörmətlə yanaşmaqla insan cəmiyyətə töhfə verə bilər, fərq yarada bilər. Bir növ Cooley-nin "güzgü mən" konsepsiyasındakı kimi - insan cəmiyyətə özünün bir növ güzgüsü kimi baxmalıdır ki, onun hərəkətləri hansı qiymətləri alır və eyni zamanda ondan da nəticə çıxartmalıdır. Yəni, nə cəmiyyətin sərt dominantlığını öz üzərində hiss edib, fərdi daxili potensialını üzə çıxartmaqdan çəkinməlidir, nə də cəmiyyətin dəyərlərini görməzdən gəlməlidir. Qarşılıqlı gözləntilər olmalıdır".

 

Mövzu ilə bağlı psixoloq Fatimə Hacıyeva da öz fikirlərini bölüşüb, bu yaş dövrünü bunu qeyd etmək həm yanlış çıxar, həm də dəqiq olması gərəkirsə daha çox yeniyetməlik insanın hələ tam xarakterinin formalaşmadığı bir dövrdə ola bilər:

 

“Çünki bu mərhələdə insanın şəxsiyyəti formalaşmağa başlayır, hansı ki, o da kim olduğunu, nə istədiyini hələ tam bilmədiyinə görə, bu aralarda reallıq və qeyri-reallıq arasında seçim edir. Fərd özünü hər an aldada bilər. Yəni xüsusi olaraq özünü aldatdığının fərqində olmur. Əsas hissə gənclik və erkən yetkinlik dövrü deyə bilərik buna. Bu dövrdə bəzi qərarlar verir ki, demək olar əsas qərarlarını bu yaşlarında qəbul edir. Bunu da orta yaş böhranı saymaq olar.  Amma insan desin ki, planladığımı yaşadım və ya yaşamadım insan bunu hər ikisinin fərqində olur. Yəni özünə inandırmaq üçün daxildəki o baş verən xausu bir az azaldır. Təbii ki, bu şüuraltı olmayan bir prosesin şüuraltında olduğunu düşünməkdir. İnsan şüurlu olaraq eləmir çünki o zaman mən indi özümü aldadıram deyə düşünmür. Sadəcə olaraq daxili xaosu bir az azaltmaq məqsədilə deyir. Bu da insanda baş verə bilər. Yəni yarı şüurlu da ola bilər, tamamilə şüursuz da ola bilər. Həqiqəti bilirsən görürsən ki, göz önündə nədir, necədir? Sadəcə olaraq o mövzunun əziyyətini çəkmək istəmədiyinə görə fikrini yayındırmağa çalışır. Amma insan özünə qarşı dürst olmalıdır. Zəif nöqtələrini ancaq daxili aləmində bilməli və özünü aldatmamalıdır. Vəziyyətin nə yerdə olduğunu özümüz həqiqətən dərk etməliyik. Nə qədər ağrılı olsa da, dəyişməyən prosesin ağrısını sağalmadığı halda sağaldığını düşünmək özünü aldatmaqdır.  Psixoloqa yaxınlaşa bilərlər. Və yaxud da ki, motivator koçları ilə əlaqə qura bilərlər. Yəni həqiqətin özlərində hansı səviyyədə olduğunu öyrənməsi üçün onlarla üzləşmək vacibdir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər