00:00:00
Yazar
Zeynəb Yunuszadə
08.05.2026 21:26 22 1 dəq oxuma
Sosial

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Həftəsonu daha iki küçədə təmir işləri icra ediləcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Bildirilib ki, Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.

 

Təmir işləri 8 may saat 22:00-dan 9 may saat 23:00-dək, 10 may saat 22:00-dan 11 may saat 23:00-dək həyata keçiriləcək.

 

Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

#azərbaycan #məhdudlaşdırılacaq #nəzəri̇nə: #hərəkəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər