00:00:00
Yazar
Admin User
03.12.2019 11:02 1343 6 dəq oxuma
Sosial

İnsan var ki, xəyanəti bağışlayıb və bu gün xoşbəxtdir

Xanım Niftəliyeva Radio Space 104 FM-in “Radio Doktor” proqramına “ailə təməli, ailə bağları və ailənin möhkəmlənməsində ailə psixoloqunun vacibliyi" mövzusundan danışıb.
İnsan var ki, xəyanəti bağışlayıb və bu gün xoşbəxtdir

Psixoloq-psixoterapevt Xanım Niftəliyeva  Radio Space 104 FM-in “Radio Doktor” proqramına “ailə təməli, ailə bağları və ailənin möhkəmlənməsində ailə psixoloqunun vacibliyi" mövzusundan danışıb. İnformator.az saytı həmin müsahibənin mətnini təqdim edir. Son dönəmlərə qədər Azərbaycan cəmiyyəti sağlam ailə təməli üzərində qurulan cəmiyyət idi. Boşanmalar, ailədaxili problemlər ictimaiyyətdə bu qədər aktual deyildi. Niyə cəmiyyət bu istiqamətdə irəliləyir? Əvvəllər ailənin təməli qoyulanda böyüklər əsas rol oynayırdı. Ağsaqqalların bir sözü ilə ailənin bütövlüyü qorunurdu. İndi insanlar sevgililik dönəmində yaşanacaq bütün emosiyalarını yaşayır və xasiyyətlərini gizlədirlər. Hər şeyin mükəmməl olacağını düşünürlər. Həyat yoldaşı evlilikdə sanki hər dəfə qapıda ona xoş sözlər deyəcək, avtomobillə yola salacaq, birgə film izləyəcək, restoranda yemək yeyəcəklər. Bir sözlə ilk tanışlıqlarda görüntü olaraq ancaq bir-birlərinə müsbət tərəfləri göstərirlər. Düşünmürlər ki, ailə quranda bu problem olacaq və əsas hissə altdadır. Bİz psixoloq olaraq ailə qurmaq istəyənlərə “aysberq”in görünməyən hissələrini göstərməliyik. Evliliyin 3-cü, 5-ci və 7-ci illərində hansı problemlər ortaya çıxır? Psixoloq bunları göstərməlidir. Onda belə çıxır ki, məişət qayğılarına hazır olmamaq problem yaradır. ASAN xidmətdə genetik analizlərdən keçirlər. Ailə qurmamışdan öncə ailə psixoloqunun yanında olsalar boşanmaya təsir edər? Ədliyyə Nazirliyi Xətai rayon qeydiyyat şöbəsinin əməkdaşı kimi  boşanmaq istəyən ailələrlə işləyirəm. Həm ASAN xidmətlərdə, həm də qeydiyyat şöbələrində boşanmaya müraciət edən insanalarla görüşlər aparılır, ailələri xilas etməyə çalışırıq. Boşandıqdan sonra ortaya çıxan krizləri onlara göstərməyə çalışırıq. Bu yaxınlarda iclasda bu təklifi irəli sürdük ki, evlilik üçün müraciət edənlərlə görüşək. Evlilikdə onları nələr gözlədiyi ilə tanış olsunlar, çünki çətinliklər də, problemlər də olacaq. İndi insanlara psixoloq qərar verməlidir? Necə oldu ki, biz müstəqil qərar verə bilməmək kimi mərhələyə gəldik? Bunun sosial səbəbləri nədir?“Ailə qurmayın”- demək məsuliyyət tələb edir. Bir cütlük əl-ələ tutub gəlirsə, baxanda ki, oğlan qızın valideynlərinin, ya da oğlanın maddi gəlirinə görədir bu izivac, o zaman biz cift terapiya növünə keçirik. Təklikdə görüşəndə onlarda “fərqindəyik” fikrini yaratmağa çalışırıq. Onların şəxsiyyətlərinə, qarşı tərəfin sevgisinə toxunmaq olmaz. Təklikdə  müraciət edənləri hansı problemlər gözlədiyini və hazırlığını izah edirik. O insandan övlad dünyaya gətirməyə, nazını çəkməyə hazırdır? Bəzən valideynləri cəlb edirik. Onlar da gəlir. Cəmiyyət psixoloqları qəbul edir. Ata qızının arxasında duranda ki, qızım boşanmalıdır, biz onları da dəvət edirik. Onlarda övladının gələcəyini düşünüb gəlirlər. Tərəflər ictimi qınağı nəzərə alıb ona dözməyə məcburdur? Ictimai qınağı nəzərə alıb “nə deyəcəklər” deyə təki ailəni saxlayaq deyən, kifayət qədər fədakar qadın var. Belə qadınlar əyyaşı da, xəyanət edən kişiləri də qəbul edib. Bu,  nə qədər düzgündür? Çox təəssüf hissi ilə qeyd edirəm ki, hazırda boşanan ailələrin içində uzunömürlü ailələr böyük yer tutur, 48 ilin ailəsi dağılır. Qadın deyir ki, övladıma görə dözürdüm ki, uşağım təhsil alsın əli bir yerə çatsın. Qadın dözüb səbr edib və qadın qeyd eir ki, xəyanət ağırdır. Mən ona məsləhətlər verəndə  deyir ki, yəqin sən görməmisən ki, mənə deyirsən boşanma. Soruşanda ki, yeni xəyanət edib? Deyir yox, 25 ildir. İndi boşanmağının səbəbini soruşduqda deyir ki, o vaxt aldığım travmalardan ya onu öldürəcəm, ya da boşanmalıyam. O qadının artıq işi var, universitet oxuyub və  özgüvəni var. Düşünür ki, niyə illər əvvəlin acısı ilə indi yaşamalıyam. O qadının həyatının 25 ilini bu həyata sərf etməyinə dəyərdi? Övladları üçün dəyərdi. Sevib ailə qurmuşdu. Hətta qoşulub gəlib. Hətta evdə ata-anaya arxa çevirib gəlib. Valideynlər ondan küsülü dünyalarını dəyişib. Qadın bunlara fədakarlıq edib. Amma bu gün dözmür. “Övladları baxacaq, o kişiyə ehtiyacım yoxdur”- deyir. Əksər hallarda gənc çütlüklər oğlanın valideynləri ilə yaşamağa məcbur olur. Bu mental dəyərlər boşanmağa nə qədər təsir edir?Əslində ərköyün övlad obrazından çıxıb məsuliyyət götürürlər, çiyninlərinə. Bəli, menatl dəyərlərimizi hamımız özümümzə sərf edən istiqamətdə istifadə edirik. Gəlinin əvvəlki dövrlərdə seçim , söz haqqı olmayıb. Gəlinqaynana, qaynata, hətta baldızdan icazə alıb ata evinə gedirdi. Qızlar gəlin köçəndə qaynana ona bəzi dəyərləri öyrətməlidir. Qaynana deyir ki, başqa yerə gedirsə mən bilməliyəm, məlumatım olmalıdır.İndi qızlar birbaşa öz evinə köçür. Evdə böyük yoxdursa, oğlan istədiyi vaxt gəlir, gedir. Düşünür ki, evlənib, yoldaşı evdədir. Qadın da düşünür ki, istədiyi vaxt ata evinə gedə bilər, ailə üzvləri ilə görüşə bilər, amma düşünümür ki, qadının onun əlavə xoş sözünə, diqqətinə, qayğsğına ehtiyacı var. Oğlanlar hazırlıqsız olur, yoxsa qızlar? Oğlanlar evliliyə məntiqi evlilik kimi baxır. Təmanası budur ki, qız ağıllı, əxlaqlı olmalıdır, ilk sevdiyi mən olmalıyam deyir.  Kişi düşünür ki, evə hansı saatda gəldimsə  qadın qəbul etməlidir, içkimi, pis vərdişimi qəbul etməli, sevirsə, kaprizimə dözməlidir. Sevgi duyğudur, heç bir məntiqə, hesaba uyğun gəlmir. Umacağı şey odur ki, qadın daha fədakar olmalıdır. Evlilikdə 5 bağ var. Biri də fədakarlıqdır,  digərləri sosial bağlardır. Qızın və oğlanın ortaq dostları olmalıdır, 3-4 ortaq çevrələri olmaldır. Bu əsas şərtdir, onların cinsəl həyatı ilə bağlıdır.  Mübahisə edəndə küsürlər və ayrı-ayrı otaqlarda yatırlar. Həmişə məsləhət görürəm ki, belə  etməyin, ən şiddətli dava olsa belə, yatağa bərabər girin. Yatağı ayırmayın. Məhrəm bağlar qopanda onu bərpa etmək olmur. Sözümüz düz gəlməyəndə  deyirik ki, mən valideynlərinə bunu etdim, sən etmədin. Bu artıq fədakarlıq deyil, yatırımdır. Sevdiyiniz şəxs üçün  nə edirsinizsə, Tanrı xatirinə edin. Gələcəkdə dilə gətirmək üçün etməyin. Niyə cəmiyyət olaraq fədakarlıq qadından gözlənilir? Kişilərə bağışladığmız yalnışlar, qadınlarda bağışlanmır?Bu bizə keçmişdən ötürülən mesajdır. Həm ailəmizin, həm sosial çevrəmizin bizə ötürdüyü mesajdır. Əxlaqi, dini və mental dəyərlərin mesajıdır. Fərdi yanaşılır. Fədakarlıq edən insan həmişə qalib gəlir. Qarşısındakının sevgisini qazanır. Ailə qurarkən maddi, intellekt, sosial durum olaraq uyğunluq önəmlidir?Sosial durum önəmlidir. Bu mənim şəxsi fikrimdir. Intelektual uyğunluq da ordan əmələ gəlir, insanları küçümsəmirik. Alisavadlı ilə, adını yaza bilməyən birinin bir yerdə olmasına gəlincə, onlar təklikdə xoşbəxtdir, amma  toyda, hüzurdə ola bilməz ki, narahat olmasınlar.  İntellekt səviyyəsi uyğun olmayanların xoşbəxt olması mümkün deyil. Zəngin birinin kasıb biri ilə qohum olması niyə uyğun olmasın? Biz fədakarlıqdan danışdıq. Insanlar hamısı fədakar deyil. Oğlan qız tərəfindən dilə gətirilməsə də ailə bağı olan biri tərəfindən dilə gətirilir.  Xəyanətin bir tərifi var?Xəyanətin tərifi var. Bəzən deyirlər ki, xəyanəti bağışlamaq olar. Mənimbirməqaləmvar. Onamüsbətvə mənfirəyyazanlaroldu. Məndeyərdimki, xəyanətikicürolur. Şəhvət hissi ilə olan. Burda xəyanətin nə rəngi var, nə ətri. Sadəcə acısını duyuruq. Xəyanət o zaman yaşayır ki, acısı o zaman dərk edilir. Gəlin şəxsiyyət kimi düşünək.  1-2 dəfə şəhvət hissi ilə aldalılan qadına get boşan deyə bilmərəm. İkinci uzun sürən xəyanətdir, burda uzun sürən münasibətin xəyanəti daha qorxuludur. Biz boşanmaların qarşısını alırıq. Bir bəy ikisini də bərabər idarə edə bilirəm deyib xanımlardan istifadə etməsin. Boşanıb həyatını davam etsin.  Avropa ölkələrində insanlar daha dürüstdür. Qarşılıqlı razılıq əsasında yolları ayrılır. Bizdə qadın qınaqla, əsassız böhtanla üzləşir. Kişilər də boşandığı yoldaşının başqası ilə evliliyini qəbul etmir. Kişi beyni hər iki münasibəti eyni səviyyədə yürüdə bilmir.  Ailə qurmaq istəyən gənclərə tövsiyyəniz? Hər bir gənc düşünməlidir ki, ömür boyu, çətin gündə, neqativ hallarda  ailə həyatı qurduğu insanın yanında ola biləcəkmi? Gələcəkdə illər keçdikcə eyni sevgi ilə sevə biləcəmi? Hansı səhvi olur-olsun bağışlaya biləcəmi? Insan var ki, xəyanəti bağışlayıb və bu gün xoşbəxtdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər