İNSAN XARAKTERİNİN FORMALAŞMASINDA AİLƏNİN, YOXSA CƏMİYYƏTİN ROLU BÖYÜKDÜR?
Hər insanın özünəməxsus xarakteri var. Bu xarakterimiz sayəsində cəmiyyətin müəyyən hissəsində yer tuturuq. Bəs insanın xarakterini cəmiyyət, yoxsa ailəsi formalaşdırır? Bu sualı ailə və uşaq psixoluqu Aynur İsmayılova cavablandırıb.
Psixoloq insan xarakterinin formalaşmasına öncə ailəsinin təsirinin olduğunu qeyd edib. Ata və ananı yeniyetməlik dövrünə qədər uşağın sağ və sol əlləri hesab edən psixoloq qeyd edir ki, "uşaqların xarakterinin formalaşmasının ilk mərhələsi 6 yaşa qədər olur. Bu yaşa qədət uşağa necə münasibət göstərilibsə o eqo yaşına qədər cəmiyyət içərisində özünü gördüyü münasibətdə olduğu kimi təsdiq etməyə başlayır".
Uşaqların ilk cəmiyyətinin bağça, daha sonra məktəb və universitet olduğunu qeyd edən Aynur İsmayılova xarakterdə məktəbin rolunu da vurğulayıb. "Uşaqların xaraktetinin formalaşmasının ikinci mərhələsi ibtidai sinif dövrünə təsadüf edir. Uşağı ilk dəfə cəmiyyətə hazırlayan bu dövrdə uşağın ikinci anası sayılan, ibtidai sinif müəlliminə qarsı göstərdiyi münasibət, həmçinin ilk dostları olan sinif yoldaşlarından gördüyü münasibət onların xarakterində rol oynayır".
AYXAN İBİŞOV
