İNSANLAR NİYƏ FİKİRLƏRİNİ SÖYLƏMƏKDƏN ÇƏKİNİR?
Auditoriyalarda, iclaslarda, küçə sorğularında insanlar fikirlərini söyləməkdən qaçırlar. Bu hal səhv etməkdən qorxan, özünü ifadə etməkdə çəkinən insanlara aiddir. Mövzu barədə klinik psixoloq Fuad Əsədov açıqlama verib.
Psixoloq problemin başlıca səbəbini uşaqları "deyiləni etməlisən" psixologiyasında böyütməkdə görür. Fuad Əsədov əlavə edir ki, məktəblərdə uşaqlara fikir istehsal etmək, yeni fikir yaratmaq, kreativlərin inkişaf etdirilməsi və s. məsələlərə önəm verilmir.
Müsahib müşahidə etdiklərinə əsasən, səbəblərdən birini jurnalistlərin fikirləri ixtisar edib paylaşmağında görür. "Jurnalistlər fikri kontekstdən çıxarıb paylaşılar, bəzi məqamları ixtisar edirlər. Nəticədə yazıda əskikliyə, çatışmazlığa yol açılır. Həmin müsahibələrin daha professional şəkildə yazılması insanların fikir söyləmək cəhətdən daha rahat olmasını təmin edər. Mənim özümdə də bu hal yaşanıb. Müsahibə vermişəm, dediyim cümlələrin bəzisi kontekstdən çıxarılıb, bəzisi isə başqa mənaya yozulacaq şəkildə paylaşılıb. Bu hallar insanların müsahibə verməkdən, fikir söyləkməkdən çəkinməsinə səbəb ola bilər".
Çinarə Muradova
