Instagram-ın mavi işarə özəlliyi artıq bütün ölkələrdə! - Qiymət
Instagram və Facebook-da mavi işarənin artıq bütün ölkələr üçün aktiv olduğu bildirilib.
İnformator.az Ensonhaber-ə istinadən xəbər verir ki, Tvitter-dən sonra Instagram da təsdiqlənmiş hesab nişanlarını satmağa başlayıb. İllərdir lazımi şərtlərə cavab verənlərə pulsuz olaraq mavi işarə verən Instagram indi bu funksiyanı ödənişli formada təqdim edib.
Instagram və Facebook-da mavi işarə ala bilən və eksklüziv xüsusiyyətlərdən yararlanan "Meta Verified" abunəsi tezliklə bütün ölkələrdə istifadəyə veriləcək. Meta Verified-in Facebook və ya Instagram proqramında ayda 14,99 dollar, Facebook-un veb versiyasında isə ayda 11,99 dollar qiymət etiketi var.
Meta Verified-ə abunə olunduğu təqdirdə istifadəçilər mavi işarə ilə yanaşı, onları təqlid edən hesablarla mübarizə üçün Instagram rəsmiləri ilə daha tez əlaqə saxlama imkanı əldə edəcəklər. Xidmətə abunə olanlar şərhlərdə və axtarışlarda daha yüksək yer tutacaq və bununla da onlar daha çox önə çıxa biləcəklər.
Xatırladaq ki, dünyanın ən məşhur sosial media platformalarından biri olan Tvitter mart ayında Blue abunəliyində ayda 8 dollar ödənişlə məşhur istifadəçilərin mavi işarə xüsusiyyətini təqdim etməyə başlayıb.
