00:00:00
Yazar
Admin User
08.12.2025 17:42 161 1 dəq oxuma
İdman

"İnter Mayami" MLS çempionu olub

"İnter Mayami" MLS çempionu olub

MLS-nin 2025 mövsümünün qalibi müəyyənləşib. Finalda “İnter Mayami” “Vankuver”i 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə MLS çempionu olub. Bu qələbə Lionel Messinin karyerasındakı 48-ci titul kimi qeydiyyata düşüb. Oyunu həm də Xordi Alba və Serxio Busketsin peşəkar karyeralarındakı son matç kimi yadda qalıb.

 

“Messi–Alba–Buskets üçlüyü “İnter Mayami”nin MLS çempionluğunda həlledici rol oynayıb. Onların yüksək səviyyəli təcrübəsi komandanın oyun mədəniyyətini dəyişib və həlledici anlarda fərqi yaradan əsas faktor olub”.

 

 

Bu sözləri "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimov deyib.

 

Ekspertin sözlərinə görə, əldə olunan çempionluq klubun beynəlxalq imicini əhəmiyyətli dərəcədə möhkəmləndirib və onu qlobal futbol bazarında daha cazibədar bir layihə kimi göstərdiyini bildirib:

 

"Bu çempionluq klubun beynəlxalq imicini gücləndirib və onu qlobal futbol bazarında daha cəlbedici layihəyə çevirib. Eyni zamanda, bu uğur “İnter Mayami”nin gələcək illər üçün strategiyasını daha planlı və sistemli şəkildə qurmasına impuls verəcək",-deyə o vurğulayıb. 

 

Ekspert əlavə edib ki, bu uğur yalnız komandaya qısa müddətli qələbə gətirməyib, həm də klubun uzunmüddətli inkişaf perspektivlərini gücləndirib və onun dünya səviyyəsində nüfuzunu artırıb.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər