00:00:00
Yazar
Admin User
10.03.2016 07:41 925 1 dəq oxuma
Media

İradə İsaq ATV-dən getdi

İradə İsaq ANS telekanalından daha maraqlı təkliflər aldığını və bu təklifi dəyərləndirmək istədiyi üçün ATV-dən ayrıldığını söyləyib.
İradə İsaq ATV-dən getdi

Telejurnalist İradə İsaq ATV-dən ayrılıb.

İnformator.az Lent.az-a istinadən xəbər verir ki, \"Sönməyən ulduzlar\", “Düz üzünə\", “Səbəbkar\" kimi reytinqli layihələrin müəllifi və aparıcısı bundan sonra ANS televiziyasında çalışacaq. İ.İsağın hazırladığı yeni veriliş həftənin 5 günü canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, İradə İsaq ATV ilə əməkdaşlıq etməzdən əvvəl ANS TV-də çalışıb. Həmin vaxt onun aparıcısı olduğu \"Ölümdən 24 saat əvvəl\" və “Xəbərin izində İradə İsaqla” layihələri qısa müddət ərzində böyük populyarlıq qazanmışdı.

Telejurnalist ATV-ni tərk etməsinə kanal rəhbərliyi ilə aralarında yaşanmış münaqişənin səbəb olması ilə bağlı deyilənlərə də münasibət bildirib. O, Lent.az-a açıqlamasında bunu şayiə adlandırıb.

İradə İsaq ANS telekanalından daha maraqlı təkliflər aldığını və bu təklifi dəyərləndirmək istədiyi üçün ATV-dən ayrıldığını söyləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər