00:00:00
Yazar
Ayan Sadi
28.09.2026 23:01 66 1 dəq oxuma
Gündəm

İran ABŞ arasında sülh danışıqları: müsbət nəticəyə ümid yoxdur 

İran ABŞ arasında sülh danışıqları: müsbət nəticəyə ümid yoxdur

İran ABŞ ilə gərginliyi azaltmaqda və diplomatik danışıqlarda maraqlıdlr. Mövzu ilə bağlı "İnformator.az" a açıqlama verən politoloq Taleh Əliyev hesab edir ki, bunun üçün Vaşinqton real addımlar atmalıdır.

 

"Tehran bir tərəfdən danışıqlara və diplomatik həll yollarına açıq olduğunu vurğulayır, digər tərəfdən isə hərbi təzyiqlər və ya mümkün qarşıdurma ssenarilərinə də hazır olduğunu bəyan edir. Rəsmi Tehran qarşılıqlı hörmət və etimad olacağı təqdirdə ABŞ ilə yenidən dialoqa başlamağa ümid edir" .

 

Politoloq Taleh Əliyev hesab edir ki,tərəflər münaqişəni sülhlə bitirmək istədiyini bildirsə, tələbləri tamamilə bir-birinə ziddir. Çünki nə Amerika Birləşmiş Ştatları müharibənin başlamasına səbəb olan ilkin şərtlərindən geri çəkilir, nə də İran Amerika Birləşmiş Ştatlarına qarşı 8 aprel danışıqları zamanı müəyyənləşdirdiyi ultimativ tələbindən. 

 

 

"Eyni zamanda müharibənin aktiv mərhələsində İranın kifayət qədər əks-sədası ABŞ-də seçki prosesinə təsadüf etdiyindən rəsmi Vaşinqton noyabrın 3-nə qədər aktiv hərbi əməliyyatların başlamasında maraqlı deyil". 

 

Siyasi şərhçinin sözlərinə görə, iki ölkə arasındakı danışıqlar mənasız və məqsədsiz, imitasiya xarakterlidir. Müharibənin sülh yolu ilə dayandırılması və tamamlanması barədə düşüncə və baxışları bir-birindən kəskin fərqləndiyinə görə, sülh danışıqlarının real nəticə verəcəyi inandırıcı görünmür.

 

Xatun Ağalarova

#arasında #nəticəyə #azərbaycan #yeni
Paylaş:

Şərhlər (1)

Profil
Heybetli Cavansir 28.09.2026 23:46

Amerika olan yerdə sülh ola bilməz, hər yerə qarışırlar. Bu arada xəbər çox gözəl yazılıb, digər saytlar kimi yığcam və sıxıcı deyil, bəyəndim👍

Oxşar Xəbərlər