00:00:00
Yazar
Nərmin Həşimova
01.07.2026 19:38 28 2 dəq oxuma
Siyasət

“İran-ABŞ danışıqlarında etimad yoxdur, proses müvəqqəti xarakter daşıyır”- ŞƏRH

“İran-ABŞ danışıqlarında etimad yoxdur, proses müvəqqəti xarakter daşıyır”- ŞƏRH

İran ABŞ ilə münasibətlərdə növbəti mərhələyə keçmək üçün müəyyən şərtlər irəli sürüb. Tehran bəyan edib ki, Vaşinqtonla yekun saziş üzrə danışıqlar yalnız tərəflər arasında imzalanan qarşılıqlı anlaşma memorandumunun əsas bəndləri icra olunduqdan sonra başlaya bilər.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, İran ABŞ-yə etibar etmir və inanmır:


“Ona görə sözü ilə əməlinin üstə-üstə düşməsini istəyir. İsrailin davranışları İranda əsaslı şübhələr yaradır ki, bu danışıqlar aldadıcı ola, yenidən müharibə təkrarlana bilər. Böyük ehtimalla İranın ehtimalları gerçək olacaq. Çünki ABŞ tərəfi İsrailin ciddi təsirindədir və seçkilərə qədər fasilə vermək üçün güzəştlərə gedir. Qarşılıqlı etimadsızlıq və etibarsızlıq şəraitində sağlam razılıq əldə etmək mümkün deyil. İndiyə qədər baş tutan danışıq və razılıqlar da Pakistan və Türkiyənin vasitəsilə meydana gəlib. ABŞ məhz bu dövlətlərin təsiri ilə müharibəni dayandırmalı oldu. Buna qarşılıq olaraq da hazırda İsrail qondarma "erməni soyqırımı"nı gündəmə gətirib Türkiyəyə, eyni zamanda, Talibanı təhrik etməklə də Pakistana təziq etmək istəyir. Bununla paralel olaraq ABŞ tərəfi də Hizbullahı Suriya ilə toqquşdurmaq üzrə iş aparır. Yəni, silahlı müharibəni dayandırıb diplomatik savaş alarırlar ki, İranın bütün qol-qanadını sındırıb sonda yekun müharibə ilə işini bitirsinlər. Ona görə ki, İsrailin əsas hədəfi onun Yaxın Şərqdə zərərli məqsədlərinə çatmağa mane olan Türkiyədir. Ümumiyyətlə hesab etmək olar ki, İran və ABŞ arasındakı danışıqlar, razılıq süni xarakter daşıyır, özünü doğrultmur və effektiv deyil. Burada razılıq yoxdur, məcburiyyət qarşısında müəyyən fasilə vermək naminə vasitəçi ölkələrin təkidi ilə müvəqqəti danışıqlar prosesidir".


Mehriban Yariyeva

#şərh #yoxdur # #gündəm #xarakter #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər