İran ABŞ ilə həqiqi danışıqlara hazır olduğunu bəyan edib
ABŞ doğrudan da razılığa gəlmək üçün həqiqi dialoqa girməyə hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır.
"İnformator.az" xəbər verir ki, bunu İran Məclisinin (birpalatalı parlament) spikeri Məhəmməd Baqer Qalibaf CNN-ə müsahibəsində bildirib.
"Əgər bunlar beynəlxalq normalar çərçivəsində razılığa gəlmək üçün həqiqi danışıqlardırsa, onda bəli. Lakin bunlar ABŞ Prezidentinin (Donald Trampın) axtardığı danışıqlar deyil; o, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir", - o bildirib.
"Hesab edirəm ki, əgər Tramp həqiqətən dürüstdürsə, Nobel sülh mükafatını qazanmaq istəyirsə, o, əsl sülhə can atmalı və əvvəlcə özünü müharibəni qızışdıranlardan, İranın təslim olmasını istəyənlərdən azad etməlidir", - İran parlamentinin spikeri əlavə edib.
