İran: ABŞ ilə razılaşma hələ yaxın deyil
İran rəhbərliyi ABŞ ilə aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğunu təsdiqləyib.Lakin razılaşmanın dərhal imzalanacaq qədər yaxın olmadığını açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin açıqlamaları ABŞ dövlət katibi Marko Rubionun razılaşmanın bazar ertəsi əldə oluna biləcəyini deməsindən sonra səsləndirilib.
Bəqayi bazar ertəsi Tehranda keçirdiyi brifinqdə bildirib ki, “Müzakirə olunan məsələlərin böyük hissəsində nəticə əldə etdiyimizi demək olar”.
O əlavə edib ki, “Bunun razılaşmanın imzalanmasının yaxın olduğu anlamına gəldiyini söyləmək mümkün deyil. Heç kim belə bir iddia irəli sürə bilməz”.
Məlumata görə, qarşılıqlı anlaşma memorandumu 60 günlük atəşkəsin uzadılması, Hörmüz boğazının yenidən açılması və İranın nüvə proqramı ilə bağlı yeni danışıqları əhatə edir.
Həftəsonu ABŞ Prezidenti Donald Tramp tərəflərin razılaşmaya yaxın olduğunu ima etsə də, daha sonra danışıqlar aparan nümayəndələrə “saziş üçün tələsməmələri” barədə göstəriş verdiyini bildirib.
Marko Rubio isə ABŞ ilə İran arasında müharibənin dayandırılmasına yönəlmiş razılaşma üçün masada “kifayət qədər ciddi təklif” olduğunu və sazişin bazar ertəsi əldə edilə biləcəyini qeyd edib.
BBC News
Nuray Əliyeva