İran ABŞ MAQATE-yə məktub göndərib
İran bildirib ki, ABŞ-nin ölkənin nüvə qurğularına hücum təhdidləri qlobal nüvə silahının yayılmaması rejimi üçün ciddi nəticələrə səbəb ola bilər.
İranın Vyanadakı Birləşmiş Millətlər Təşkilatının Ofisindəki Daimi Nümayəndəliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossiyə İranın dinc nüvə proqramına hücum təhdidləri ilə bağlı narahatlıqlarını ifadə edən məktub göndərib. Məktubda bu cür təhdidlərin qlobal nüvə silahının yayılmaması rejimi üçün ciddi nəticələrə səbəb ola biləcəyi bildirilib və əlavə edilib ki, "bu cür təhdidlərin normallaşdırılması agentliyin etibarlılığını təhlükə altına alır və yoxlama səylərinə əsaslanan beynəlxalq etimadı sarsıdır".
Həmçinin bildirilib ki, bu təhdidlər pislənməli və bu cür "ehtiyatsız" hərəkətlərə görə məsul olanlar məsuliyyətə cəlb olunmalıdırlar. Ağ Evdə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) insanlığa qarşı cinayətlərə görə həbs qərarı verilən İsrail Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı ABŞ Prezidenti Donald Tramp İrana hücum etməklə hədələyib.
TRT Xəbər
Xədicə Məhərrəmli
