00:00:00
Yazar
Güllər Gülhüseynova
28.05.2026 09:38 18 1 dəq oxuma
Dünya

İran ABŞ-nin hava bazasına zərbə endirib

İran ABŞ-nin hava bazasına zərbə endirib

İran Bəndər-Abbas yaxınlığındakı hücuma cavab olaraq ABŞ-nin aviabazasına zərbə endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

 

"ABŞ-nin istənilən növbəti hücumlarına daha qətiyyətli cavab veriləcək", - SEPAH-ın bəyanatında deyilir.

 

SEPAH vurğulayıb ki, Vaşinqton nəticələrə görə məsuliyyət daşıyır.

Qeyd edək ki, daha əvvəl "Reuters" mənbələrə istinadən ABŞ-nin İranın hərbi obyektinə zərbə endirdiyini xəbər verib. Məlumata görə, ABŞ İranın bir neçə pilotsuz təyyarəsini vurub və ələ keçirib. Zərbə İranın Hörmüz boğazında Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektinə endirilib.

#hava #i̇ran #gündəm #bazasına #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər