İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
ABŞ-nin İrana istənilən hücumu, miqyasından və xarakterindən asılı olmayaraq, İslam Respublikasına qarşı genişmiqyaslı müharibənin başlanması kimi qəbul ediləcək, Tehranın hücuma cavabı maksimum sərt olacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi Nyu-Yorkda jurnalistlərə bildirib.
"Biz bu dəfə istənilən hücumu, istər məhdud, istər limitsiz, cərrahi, kinetik və ya nə adlandırsalar da, bizə qarşı tammiqyaslı müharibə kimi qəbul edəcəyik və mümkün olan ən sərt güclə cavab verəcəyik", - o bildirib.
