00:00:00
Yazar
Admin User
03.01.2026 16:27 82 1 dəq oxuma
Dünya

İran ABŞ-nin Venesuelaya hərbi hücumunu pisləyib

İran ABŞ-nin Venesuelaya hərbi hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi müdaxiləsini qınayıb. İran Tələbə Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Nazirlik tərəfindən yayımlanan yazılı bəyanatda ABŞ-nin silahlı hücumunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olduğu vurğulanıb.

 

Bəyanatda beynəlxalq ictimaiyyət və BMT bu hücumu pisləməyə çağırılıb. İran XİN bildirib ki, ABŞ-nin müstəqil və BMT üzvü olan bir dövlətə qarşı hərbi müdaxiləsi regional və beynəlxalq səviyyədə qeyri-sabitliyə yol açır, bu isə sülh və təhlükəsizliyə ciddi təhdiddir. Nazirlik Venesuelaya qarşı hücum zamanı törədilən cinayətləri planlaşdıran və həyata keçirən şəxslərin məsuliyyətə cəlb olunmalı olduğunu qeyd edib və BMT-ni, eləcə də Təhlükəsizlik Şurasını ABŞ-nin “qanunsuz hücumlarını” dərhal dayandırmağa çağırıb.

 

Bu arada Venesuelanın paytaxtı Karakasda güclü partlayış səslərinin eşidildiyi bildirilir. Venesuela hökuməti hücumlara görə ABŞ-ni məsuliyyətə cəlb edib. Rəsmi açıqlamada qeyd olunub ki, Prezident Nikolas Maduro ölkədə “xarici müdaxilə səbəbilə fövqəladə vəziyyət” elan edilməsi ilə bağlı fərman imzalayıb.

 

ABŞ-nin CBS News telekanalının məlumatına görə, Prezident Donald Tramp Venesuelada hərbi obyektlər də daxil olmaqla bir sıra hədəflərə zərbə endirilməsi barədə göstəriş verib. Təhlükəsizlik səbəbilə adlarının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi CBS News-a açıqlamasında hücumların Trampın əmri ilə həyata keçirildiyini iddia edib.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər