İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar
İslam Respublikasından fərqli olaraq, ABŞ və İsrail İranla 40 günlük münaqişə zamanı sərf olunan raket və bombaların ehtiyatlarını doldurmaqda çətinlik çəkəcəklər.
"İnformator.az" xəbər verir ki, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kosari çıxış edib.
Onun sözlərinə götə, düşmən əlindən gələni edib, lakin itkiləri kompensasiya etməkdə çətinlik çəkəcək, İranın isə öz ehtiyatlarını asanlıqla yeniləyə biləcək.
Kosari həmçinin İranın düşmənlərinin onun imkanlarını az qiymətləndirdiyini bildirib və ölkənin gələcək qarşıdurmaya hazır olması barədə xəbərdarlıq edib.