00:00:00
Yazar
Zəri Bayramlı
01.07.2026 20:05 27 2 dəq oxuma
Siyasət

İran, ABŞ və Livan arasında birgə komissiya yaradılır-ŞƏRH

İran, ABŞ və Livan arasında birgə komissiya yaradılır-ŞƏRH

İran, ABŞ və Livan arasında birgə komissiya yaradılır.Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib."Livanın milli suverenliyinin həyata keçirilməsi üçün İran, ABŞ və Livan arasında birgə komissiya yaradılır. Ölkəmizin səfiri də bu komissiyada bizim nümayəndəmizdir", - o bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, belə bir komissiyanın yaradılması ilk növbədə Livanda müharibədən sonrakı təhlükəsizlik və siyasi sabitliyin təmin olunması zərurətindən irəli gəlir:

 

 

“Tehran Livandakı təsirini qorumağa çalışdığı halda, Vaşinqton ölkənin dövlət institutlarının güclənməsini və silahlı qruplar üzərində mərkəzi hakimiyyətin nəzarətinin artmasını prioritet hesab edir. Bu baxımdan komissiya tərəflər arasında birbaşa qarşıdurmanı azaltmaq, fikir ayrılıqlarını diplomatik kanallar vasitəsilə idarə etmək və Livanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində koordinasiya mexanizmi rolunu oynaya bilər”.

 

Siyasi şərhçinin sözlərinə görə, bu mexanizmin regiona təsiri onun praktik nəticələrindən asılı olacaq:

 

“Bu mexanizmin İsrail-Livan münasibətlərinə təsiri isə onun praktik nəticələrindən asılı olacaq. Əgər komissiya sərhəd təhlükəsizliyi, atəşkəs rejiminin qorunması və silahlı insidentlərin qarşısının alınması istiqamətində real koordinasiya yarada bilsə, bölgədə gərginliyin azalmasına müəyyən töhfə verə bilər. Lakin İsrail-İran strateji rəqabəti, eləcə də Livandakı silahlı qrupların fəaliyyəti nəzərə alınarsa, təkcə bu komissiyanın regionun təhlükəsizlik balansını köklü şəkildə dəyişdirəcəyi gözlənilmir. Buna baxmayaraq, dialoq platformasının formalaşması yanlış hesablamalar nəticəsində yeni hərbi eskalasiya riskini müəyyən qədər azalda bilər”.

 

Zəri Bayramlı

#komissiya #i̇ran # #xəbər #arasında #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər