00:00:00
Yazar
Admin User
11.03.2015 07:19 831 1 dəq oxuma
İdman

İran Azərbaycandan üzr istədi

Bu barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlama verib
İran Azərbaycandan üzr istədi
İran Güləş Federasiyası Tehranda keçirilmiş yunan-Roma güləşi üzrə Dünya Kuboku qaliblərinin mükafatlandırma mərasimi zamanı Azərbaycan bayrağında 5 guşəli ulduzun təsvir olunması ilə əlaqədar üzr istəyib. 
 
Bu barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlama verib.
 
N.Əliyev bildirib ki, İran tərəfi məsələ ilə əlaqədar üzrxahlıq məktubu göndərib: "Federasiyanın prezidenti məktub yazmışdı. O, ilk növbədə bizi təbrik etdi, daha sonra üzrxahlığını bildirdi. Bunu böyük problemə çevirməməliyik".
 
Qeyd edək ki, Dünya Kubokunu Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası qazanıb. Bu münasibətlə himn səsləndirilərkən, Azərbaycan bayrağındakı ulduz səkkiz yox, beşguşəli formada göstərilib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər