00:00:00
Yazar
Lalə Qafarova
28.09.2026 21:19 22 2 dəq oxuma
Dünya

"İran danışıqlara cəlb olunmasa, Livanda razılaşma əldə etmək mümkünsüz olacaq”- Açıqlama

"İran danışıqlara cəlb olunmasa, Livanda razılaşma əldə etmək mümkünsüz olacaq”- Açıqlama

 

Şərqi Aralıq dənizində gərginlik daha da artıb. “Hizbullah” təşkilatının lideri Şeyx Naim Qasım Livan hökumətinə müraciət ünvanlayaraq, ABŞ-nin vasitəçiliyi ilə İsraillə aparılan danışıqları dayandırmağı tələb edib. Maraqlıdır, Vaşinqton masada hansı rolu oynayır və silahlı qruplaşma prosesin dayandırılmasını nə üçün istəyir?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi səhçi Aydın Quliyev bildirib ki, İran-Amerika-İsrail üçbucağında hələ bitməmiş müharibənin ən gərgin səhnələrindən biri Livanda gedən proseslərdir:

"Livanda əsas döyüşən tərəf Hizbullahdır. Hizbullah İranın müttəfiqidir və xeyli müddətdir ki, orada Amerikanın vasitəçiliyi ilə İsrail və Livan hökumətləri arasında danışıqlar getsə də, bəzi aralıq razılaşmalar əldə olunsa da, bu danışıqlar praktik şəkildə heç bir nəticəyə gətirib çıxarmır.Bunun nəticə verməməsinin səbəbi ondan ibarətdir ki, həmin danışıqlarda Hizbullahın hər hansı formada iştirakı təmin edilmədiyinə görə Hizbullah əldə olunmuş razılaşmalarla razılaşmır".


Siyasi şəhçi bildirib ki ,Razılaşmalar isə əsasən bu istiqamətdədir ki, Livanın cənubunda indiyə qədər mövcud olan Hizbullah qüvvələri tərksilah olunmalıdır:

"Hizbullah qüvvələrinin tərksilah olunmasını əsasən Livanın dövlət silahlı qüvvələri həyata keçirməlidir. Eyni zamanda, İsrailin də silahlı qüvvələri, yəni işğal qüvvələri, Livanın cənubundan çıxmalıdır.Amma məsələ burasındadır ki, Hizbullahın tərksilah olunması nə İranı, nə də Hizbullahı indiki şəraitdə təmin etdiyinə görə onlar bununla razılaşmırlar. Eyni zamanda, İsrailin özü də həmin ərazilərdən qoşunlarını belə tezliklə çıxarmaq fikrində deyil".


A.Quliyev bildirib ki , əldə olunmuş razılaşmaların uzunmüddətli olmamasının əsas səbəblərindən biri də budur:

"Eyni zamanda, Amerikanın da bu prosesdə vasitəçi kimi iştirak etməsinə baxmayaraq, heç bir nəticə əldə olunmur. Ona görə ki, danışıqlar prosesinə İran da cəlb olunmayıb. Çünki əgər Hizbullah İranın müttəfiqi kimi qəbul olunursa, İran Hizbullahın fəaliyyətinə müxtəlif formalarda dəstək verirsə və bu gün Hizbullahla gedən müharibə İranla Amerikanın müharibəsinin davamı kimi nəzərdən keçirilirsə, həmin danışıqlarda İranın da iştirakı təmin olunmasa, düşünürəm ki, hansısa bir nəticəyə varmaq mümkünsüz olacaq".


Mehriban Yariyeva

#etmək #baki #əldə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər