00:00:00
Yazar
Lalə Qafarova
04.03.2026 20:59 21 1 dəq oxuma
Dünya

İran hərbi gəmisi Hind okeanında batıb - 100-dən çox dənizçi itkin düşüb

İran hərbi gəmisi Hind okeanında batıb - 100-dən çox dənizçi itkin düşüb

 

Şri-Lanka İran donanmasına məxsus gəminin Hind okeanında batdığını açıqlayıb.

Şri-Lanka Hərbi Dəniz Qüvvələri Galle şəhəri sahillərində “imdat” çağırışı edən İran donanmasına aid gəminin batdığını təsdiqləyib.


Yerli Daily Mirror qəzetinin məlumatına görə, İran donanmasına məxsus IRIS Dena gəmisi Şri-Lankanın Galle şəhəri yaxınlığında təcili yardım siqnalı göndərib. Şri-Lankalı rəsmilər bildiriblər ki, gəmi yardım çağırışından qısa müddət sonra batıb və heyətin təxliyəsi üçün genişmiqyaslı əməliyyat başladılıb.

Rəsmilərin ehtimalına görə, gəmi “xarici sualtı qayığın hücuma məruz qalıb” və “imdat” çağırışı da bundan sonra edilib.

Təxminən 180 nəfərin olduğu gəmidə 78 dənizçinin yaralandığı və müalicə altına alındığı bildirilib. Eyni zamanda ən azı 101 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin açıqlamasında da İran hərbi gəmisinin ölkə sahilləri yaxınlığında, Hind okeanında batdığı təsdiqlənib.

Gəminin ABŞ və İsrail hücuma məruz qalmış ola biləcəyi ehtimalı müzakirə edilir. Hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladıldığı bildirilib.


TRT HABER 
Reyhan Quliyeva

#okeanında #gəmisi #batıb #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər