İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib
ABŞ Prezidenti Donald Trampın İrana mayın 19-da zərbə endirmə planlarından imtina etməsinin səbəbi Tehranın döyüş təyyarələrini aşkar etmə və izləmə qabiliyyətini ciddi şəkildə artırması ilə əlaqəlidir.
"İnformator.az" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, Pentaqon Ağ Evə İranın hava müdafiəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı xəbərdarlıq edib. Telekanalın iddiasına görə, D. Tramp bundan sonra İrana zərbə endirmə fikrindən danışıb.
Daha əvvəl Vaşinqton Administrasiyasının rəhbəri bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə İrana mayın 19-da zərbə endirmə planlarından imtina edib.