İran Hörmüzdə təlimlərə başlayıb
İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında hərbi təlim keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, təlim İranla ABŞ arasında nüvə proqramı üzrə danışıqların yenidən başlanmasından bir gün əvvəl baş tutub.
“Hörmüz boğazına operativ nəzarət” adlandırılan təlimin məqsədi mümkün təhlükəsizlik və hərbi təhdidlər qarşısında əməliyyat qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaq olub.
