00:00:00
Yazar
Səmayə Səftərova
08.06.2026 20:42 31 1 dəq oxuma
Dünya

İran İsrailə qarşı hücumları dayandırıb: "Livanı hədəf alsalar, daha sərt cavab verəcəyik"

İran İsrailə qarşı hücumları dayandırıb: "Livanı hədəf alsalar, daha sərt cavab verəcəyik"

İran İsrail və ABŞ ilə əldə olunan atəşkəsdən sonra ilk dəfə olaraq İsrailə qarşı başladığı raket hücumlarını dayandırdığını açıqlayıb. İranın ən yüksək hərbi komandanlıq qurumu olan Hatemül-Ənbiya Mərkəzi Qərargahı yaydığı bəyanatda silahlı qüvvələrin əməliyyatlarının dayandırıldığını bildirib. Lakin açıqlamada vurğulanıb ki, İsrailin hücumları, o cümlədən Cənubi Livana qarşı əməliyyatları davam edərsə, İran əvvəlkindən daha sərt və güclü şəkildə cavab verəcək. İran İsrailin Beyrutun cənubuna endirdiyi zərbəyə cavab olaraq əməliyyatlara başlayıb. Tehranın hücumlarından sonra İsrail də İranın bəzi bölgələrinə hava zərbələri endirib.

 

 BBC NEWS

Səmayə Səftərova

#İran #İsrail #Livan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər