00:00:00
Yazar
Zəhra Həsənova
08.06.2026 23:46 30 2 dəq oxuma
Siyasət

İran İsraili enerji obyektlərini vurmaqla hədələyib, Tramp isə danışıqlara çağırıb

İran İsraili enerji obyektlərini vurmaqla hədələyib, Tramp isə danışıqlara çağırıb

İran və İsrail arasında davam edən gərginlik fonunda tərəflərdən və beynəlxalq aktorlardan yeni açıqlamalar səsləndirilib.

İranın Ali Rəhbərinin müşaviri Yahya Rəhim Səfəvi bildirib ki, İsrailə endirilən zərbələr xəbərdarlıq xarakteri daşıyır. O qeyd edib ki, əgər İsrail hərbi əməliyyatları dayandırmasa, İran qarşıdurmanın ikinci mərhələsində İsrailin enerji infrastrukturu, yanacaq anbarları və sənaye müəssisələrini hədəfə ala bilər.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranı təmkinli davranmağa çağırıb. Tramp Fox News-a açıqlamasında bildirib: “İrana tövsiyəm budur: Raketlərinizi atdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılıq əldə edin”

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, dünən baş verən qarşılıqlı hücumlardan sonra həm İran, həm də İsrail hərbi əməliyyatları dayandırdığını elan edib:

 

"Amma düşünürəm ki, bu atəşkəs kövrəkdir. İran İsrailin Livandakı əməliyyatlarını dayandırmasını tələb edir. Əks təqdirdə Təl-Əvivi daha dağıdıcı hücumla hədələyir.  İsrail isə Livandakı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil. Düşünürəm ki, proseslərin nəticəsi Trampın ortaya qoyacağı mövqedən asılı olacaq. Əgər Tramp hər iki tərəfə də təzyiq edə bilsə və atəşkəsə sadiq olmağa məcbur etsə, onda problem böyük ölçüdə həll olunacaq. Yox əgər tərəflərdən biri bunun əksinə hərəkət etsə qarşılıqlı hücumlar daha sərt şəkildə davam edəcək". 

Siyasi şərhçi həmçinin qeyd edib ki, "əslində burada ümidverici məqam Trampın mövqeyidir. Çünki o İranla sülhə yaxın olduqlarını deyir və bunu kiminsə pozmasına imkan verməməkdə qərarlı görünür".


Aişə Mustafayeva

#azərbaycan #gündəm #obyektlərini #yeni #tramp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər