İran İsrailin HHQ komandanlıq mərkəzinə zərbə endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd - 4" əməliyyatının 54-cü dalğası çərçivəsində İsrail istiqamətinə "Səccil" ortamənzilli raketlərini atıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi X sosial şəbəkəsində məlumat verib.
"Bu gün ağır, sürətli və iki mərhələli "Səccil" raketləri İsrailin hava əməliyyatları komandanlıq mərkəzləri istiqamətində buraxılıb", - o yazıb.