00:00:00
Yazar
Admin User
11.05.2016 11:21 1076 5 dəq oxuma
Siyasət

İran - Misir münasibətləri yaxın perspektivdə

İranla aprıcı dövlətlərin nüvə danışıqları bitəndən dərhal sonra Tehran var qüvvəsi ilə sanksiyaların tətbiqindən sonra kəsilmiş əlaqələrin yenidən qurmağa başladı.
İran - Misir münasibətləri yaxın perspektivdə

İranla aprıcı dövlətlərin nüvə danışıqları bitəndən dərhal sonra Tehran var qüvvəsi ilə sanksiyaların tətbiqindən sonra kəsilmiş əlaqələrin yenidən qurmağa başladı. Müxtəlif ölkələr İranla əlaqələrin bərpa edilməsində maraqlı idilər. İran isə öz növbəsində qonşu ölkələrlə ilk növbədə münasibətlər qurmaq istəyirdi.      Sanksiyaların yüngülləşdirilməsi nəticəsində yaranan eyforiya sakitləşdikdən sonra məlum oldu ki, ərəb ölkələri ilə münasibətləri normal vəziyyətə salmaq heç də asan olmayacaq. Çünki bu münasibətlərə sanksiyalardan daha güclü maneələr mövcuddur.

İran- Misir münasibətlərinə nəzər saldıqda ziddiyyətlərin köklərinin nə qədər dərində olduğunun bir daha şahidi oluruq.

Misir Prezidenti Abdel Fattah əl-Sisi 2014-cü ilin iyununda hakimiyyətə gələrkən İran Prezidenti Həsən Ruhanini andiçmə mərasiminə dəvət etmişdi və bu dəvəti iki ölkə arasında münasibətlərin normallaşdırılmasına bir işarə kimi dəyərləndirirdilər.

İran – Misir münasibətləri on illər boyunca gərgin olmuşdur. Camal Əbdül Nasirin prezidentliyi zamanı ziddiyyət və düşmənçilik yüksək həddə idi. Bagdad paktının yaranması və orada İranın iştirakı Misir tərəfindən düşmənçilik kimi qarşılanmışdı.

Ənvər Sadat zamanı İsrail-Misir münasibətlərində baş verən gərginlik İran-Misir münasibətlərinə də təsirsiz ötüşmədi. Misirin ABŞ ilə yaxınlaşması İran şahı Məhəmməd  Reza Pehlevi ilə də konstruktiv münasibətlərin yaranmasına səbəb oldu.

1979-cu ilin fevralında İranda İslam İnqilabının baş verməsi və bunun nəticəsində şah rejiminin devrilməsi ikitərəfli münasibətlərdə dönüş nöqtəsinə çevrildi. Sadat devrilmiş şahı 1980-ci ildə İranla ikitərəfli münasibətləri kəsmək hesabına Misirdə qəbul etdi.

28 aprel 1991-ci ildə Hüsni Mübarəkin hakimiyyəti dövründə biznes əməkdaşlığı qarşılıqlı maraqlar çərçivəsində sahəsində ikitərəfli əlaqələr bərpa edildi. Buna baxmayaraq münasibətlər gərgin çərçivədən  çıxarmaq mümkün olmurdu. İran Misir-İsrail sülh sazişini qəbul etmir və bu sazişə qarşı mübarizə aparırdı. 1980 sentyabrında başlayan və-1988 ci ilin avqustuna qədər davam edən və İslam dünyasında  ilk Fars Körfəzi Müharibəsi qiymətləndirilən  İran-İraq müharibəsi zamanı Misirin İraq tərəfində dayanması münasibətləri bir qədər də gərginləşdirdi. 1999-cu il Misir İranın 15-lər Grupuna üzv olmasını dəstəkləməsinə baxmayaraq, 2004-cü ildə gərginlik yenidən gücləndi. Buna  İran Mühafizəçilər Korpusunun döyüşçülərinin Misir vətəndaşını öldürməyə cəhd etmələrinin üstünün açılması səbəb olmuşdur.

Mursinin hakimiyyətdə olduğu qisa dövr ərzində münasibətlər müsbət məcraya yönəldi. İslam hərəkatının davamçısı olan Mursi beynəlxalq tədbirdə iştirak etmək üçün 2012-ci ilin avqustunda İrana səfər etdi. Bu 1979-cu ildən bəri ilk Misir Prezidentinin İrana səfəri idi.Bu səfər iki ölkə arasında yeni münasibətlərin başlanğıcö kimi dəyərləndirildi.

2013-cü ilin fevralında Mursi İranın o zamankı Prezident Mahmud Əhmədinejadı İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Misirə  dəvət etdi. İran Prezidenti təntənəli şəkildə qarşılandı.

Hazırda  Misir -  İran münasibətləri  ziddiyyətli olmaqda davam edir. Bunun da əsas səbəbi körfəzin ərəb ölkələri və xüsusən Səudiyyə Ərbistanında axtarmaq lazımdır. Məlum olduğu kimi Ərəb Baharından yetərincə təsirlənən Misir son 3 ildə  baş verən hadisələrin məngənəsindən  azad ola bilməyib. 2013-cü il 30 iyun inqilabından sonra da Misiri dəstəkləyən Səudiyyə Ərəbistanı və onun müttəfiqi olan körfəz ölkələri oldu. Bu 2014-cü ilin mayında Prezident seçkilərində qalib gəlməmişdən qabaq Sisinin  AL-Arabiyya dərgisinə verdiyi müsahibədə öz əksini tapdı. “İran çox yaxşı başa düşür ki, Misirlə münasibətlər ayxşılaşması Ərəb körfəzindən keçir. Onlarla biz bir ailəyik və onların sülh şəraitində yaşamasını istəyirik. Bizim istədiyimiz səmimi əməkdaşlıqdır.”

2015-cil ilin noyabrında BBC-yə müsahibəsində Sisi qeyd etmişdir: “ Bizim İranla əlaqələrimiz yoxdur. Misir Ərəb Milli təhlükəsizliyini öz təhlükəsizliyinin tərkib hissəsi hesab edir və bu məsələdə ciddi  məsuliyyət daşıyır.”

Misirin Siyasi və Strateji Al-Ahram Mərkəzinin ərəb və regional təlimlər bölməsinin rəhbəri Məhəmməd əl-Said İdris iki ölkə arasında münasibətlərə toxunaraq vurğulayır: “Şərait Qahirə və Tehran arasında münasibətlərin normallaşdırılması üçün hələ əlverişli deyil”.

“ Ərəb- İran, xüsusilə Səudiyyə-Ərəbistanı-İran münaqişəsi davam edir. Misirlə İran arasında istənilən yaxınlaşma Səudiyyə Ərəbistanına qarşı qiymətləndiriləcək”

“İran Yəmənə haqsız müdaxilə kimi böhranı dərinləşdirəcək yanlış  tədbirlər həyata keçirir. İraqda şiələri dəstəkləyərək separatizm sərgiləməsi və bununla həqiqi siyasi sabitliyin qarşısının alınması İranla  münasibətlərin inkişafına mane olan hərəkətlərdir.”

Xalq Diplomatik Nümayəndələrinin üzvü kimi 2013-cü ilin iyun inqilabından sonra İrana səfər edən İdris qeyd edir ki, belə davam edeəcəyi təqdirdə Qahirə-Tehran münasibətləeri hələ uzun müddət normal münasibətlər çərçivəsinə dönməyəcək.

Əl –Əhram Mərkəzində Körfəz Məsələləri üzrə ekspert İman Raqab “Əl Cəzirə” kanalına müsahibəsində vurğulayıb. ”Misir İranla münasibətlərdə gözləməyi üstün tutur. Çünki  İkitərəfli münasibətlər İranın həll etmək istəmədiyi problemlər üzündən xeyli çətinləşib.İran Qəzzada silah qaçaqmalçılarının Misirdəki tunellər vasitəsi ilə fəaliyyət göstərmələrinin qarşısın almaq üçün Misirin xahişlərini də cavabsız qoyur ki, bu da bilavasitə Qahirənin təhlükəsizliyinə təhdiddir və Sana yarımadasında böhranı daha da dərinləşdirir.”

“Digər tərəfdən Misir Səudiyyə Ərəbistanınin istəyinə uyğun olaraq İranla münasibətlərin normallaşdırılmasına maraqlı deyil. SƏK  Xarici İşlər Naziri Abdel bin Əhməd əl-Cübeyrin 2015-ci ilin mayında Misirə səfəri zamanı  İranın yerinə yetirməli olduğu bir sıra şərtləri irəli sürmüşdür. Bunlara region ölkələrinin daxili işlərinə qarışmamaq, terrorizmi və region xalqlarının maraqlarını təhlükəyə atan addımlardan əl çəkmək daxildir. Bu şərtlər yerinə yetməyincə İran münasibətlərin yaxşılaşdırılması gündəlikdə olmayacaq”- deyə Raqab vurğulayıb.

Göründüyü kimi yaxın keçmişdə müstəqil xarici siyasət yeridən və digər ərəb ölkələrini öz ardınca aparan Misir indi Səudiyyə Ərəbistanının siyasətinə uyğun hərəkərt etmək məcburiyyətindədir. Bu cür asılılğın uzun müddət davam etməsi müstəqillik atributlarından müəyyən hissəsini qurban vermək deməkdir. Təbii ki, bu da Misirin son illər düşdüyü iqtisadi çətinliklərdən qaynaqlanır. Misirin indiki Prezidenti vəziyyəti sabitləşdirməyi hədəfləyən siyasətin həyata keçirilməsini bir məqsəd olaraq görür. Bu da elə Misir xalqının sülh  arzusunu reallaşması deməkdir.

                                               
\"\"Əlimusa İbrahimov
                                              S
iyasi elmlər üzrə fəlsəfə doktoru,politoloq

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər