İran ordunun xərclərini ödəyə bilmir, sürətlə iflasa uğrayır
Yalançı media ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokadanın nə qədər təsirli olduğunu işıqlandırmaqdan imtina edir. Bu, dəniz müharibələri tarixində ən uğurlu blokadadır.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Biz istəmədikcə heç nə həmin blokadanı keçə bilmir. Bu, sanki poladdan hörülmüş bir divardır!
İran, demək olar ki, heç bir biznes fəaliyyəti həyata keçirmir. Nə ordusunun maaşlarını, nə də digər xərclərini ödəyə bilir və sürətlə iflasa uğramış bir dövlətə çevrilir”, - o qeyd edib.