İran ordusu müdafiədən hücuma keçib - Abdullahi
İran Silahlı Qüvvələrinin doktrinası özünümüdafiədən hücum xarakterinə keçib.
"İnformator.az" xəbər verir ki, bunu İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi deyib.
"Döyüş taktikamızı dəyişmişik, hücumlarda qabaqcıl avadanlıq və müasir silahlardan istifadə olunacaq", - o bildirib.
Abdullahinin sözlərinə görə, ABŞ və İsrail ordularını sürprizlər gözləyir.