00:00:00
Yazar
Admin User
11.01.2026 10:22 75 1 dəq oxuma
Dünya

İran Polisinin Baş Komandanı

İran Polisinin Baş Komandanı

İranın hüquq-mühafizə orqanları ölkədəki iğtişaşların əsas təşkilatçılarına qarşı genişmiqyaslı əməliyyat keçirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İranın Hüquq-Mühafizə Qüvvələrinin Baş Komandanı Əhməd Rza Radan bəyanat yayıb.

 

Komandan bildirib ki, təhlükəsizlik və polis qüvvələri arasındakı koordinasiya və birgə fəaliyyət nəticəsində iğtişaşçılara qarşı mübarizə tədbirləri daha yüksək səviyyəyə qaldırılıb.

 

Hüquq-mühafizə orqanlarının rəhbəri son günlərdə baş verən ölümlərlə bağlı diqqətçəkən açıqlama verib. O iddia edib ki, qarşıdurmalar zamanı həlak olanların əksəriyyəti odlu silahla deyil, məhz soyuq silahla (bıçaq, xəncər və s.) qətlə yetirilib.

 

Əhməd Rza Radan son günlərdə iki mühüm hadisənin baş verdiyini vurğulayıb:

 

"Birincisi, müxtəlif əyalətlərdə xalq iğtişaşçıları pisləyib. İkincisi, dinc etirazçılar özlərini təxribatçılardan ayırıblar".

 

Onun sözlərinə görə, ötən gecə iğtişaşların əsas elementlərinin (liderlərinin) saxlanılması istiqamətində mühüm əməliyyatlar həyata keçirilib:


"İnşallah, qanuni prosedurlar başa çatdıqdan sonra onlar layiqli cəzalarını alacaqlar".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər