00:00:00
Yazar
Güllər Gülhüseynova
13.05.2026 09:32 15 1 dəq oxuma
Dünya

İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır

İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır

İran tərəfi öz raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır, üstəlik, onların 90 %-i normal rejimdə fəaliyyətini davam etdirir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə kəşfiyyat məlumatlarına istinadən "The New York Times" (NYT) qəzeti yazıb.

 

Məlumata görə, Tehran Hörmüz boğazının sahili boyunca yerləşən 33 raket mövqeyindən 30-u üzərində operativ nəzarəti bərpa edib ki, bu da bu strateji əhəmiyyətli dəniz dəhlizindən keçən Amerika hərbi gəmiləri və neft tankerləri üçün potensial təhlükə yaradır.

 

Kəşfiyyat qiymətləndirmələrinə istinad edən nəşr bildirib ki, İran əvvəlki kimi ölkə ərazisindəki mobil raket komplekslərinin təxminən 70 %-nə sahibdir və müharibədən əvvəlki raket silahı ehtiyatlarının təqribən 70 %-ni qoruyub saxlayıb.

 

NYT yazıb ki, təqdim olunan məlumatlar İran Silahlı Qüvvələrinin darmadağın edildiyini və artıq heç bir təhlükə kəsb etmədiyini iddia edən ABŞ Prezidenti Donald Trampın və Pentaqon rəhbəri Pit Heqsetin açıq şəkildə verdiyi təminatları şübhə altına alır.

#qoruyub #azərbaycan #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər