00:00:00
Yazar
Zəri Bayramlı
04.06.2026 22:35 89 1 dəq oxuma
Siyasət

İran raketləri İrəvanda: Paşinyanın seçkiöncəsi güc nümayişi

İran raketləri İrəvanda: Paşinyanın seçkiöncəsi güc nümayişi

Ermənistanda keçirilən son hərbi paradda nümayiş olunan texnikalar arasında ən çox müzakirə yaradan məqam Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin arsenalı olub.Qırıcıların üzərində İran istehsalı olan “Yassin” raketləri görüntülənib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında İran istehsalı olan “Yassin” raketlərinin Ermənistan paradında nümayişini Tehran-İrəvan münasibətlərinin hərbi-texniki müstəviyə də keçdiyini bildirib:

 

 

 

“Bu, İranın Cənubi Qafqazda təsirini qorumaq, Ermənistanın isə Rusiyadan asılı təhlükəsizlik modelini şaxələndirmək cəhdi kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu nümayiş Bakıya və Ankaraya yönələn siyasi mesaj xarakteri daşıyır.Paradın seçkiöncəsi dövrdə keçirilməsi isə onun daxili siyasi məqsədlərə də xidmət etdiyini göstərir. Paşinyan hakimiyyəti 2020-ci ildən sonra zəifləmiş ordu imicini bərpa etməyə, cəmiyyətə “təhlükəsizlik boşluğu aradan qaldırılır” mesajı verməyə çalışır. İran silahlarının nümayişi seçicidə yeni tərəfdaşlar hesabına müdafiə potensialının artırıldığı təəssüratı yaratmaq üçündür, lakin bu addım Ermənistanı regional rəqabətin daha riskli xəttinə də yaxınlaşdırır”.

 

Zəri Bayramlı

#gündəm #paşinyanın #nümayişi #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər