İran rİsveçrədə iki raund danışıqlar aparacaq
İran nümayəndə heyəti iyunun 21-də İsveçrədə iki raund danışıqlar aparacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.
"Bu səhər bu prosesdə vasitəçilik edən Pakistan və Qətər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçiriləcək. Günün sonlarında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə İran İslam Respublikası və ABŞ nümayəndə heyətləri arasında dördtərəfli görüşlər keçiriləcək", - deyə o bildirib.
Daha əvvəl İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran nümayəndə heyətlərinin, eləcə də Qətər və Pakistandan olan vasitəçilərin İsveçrənin Bürgenştok şəhərindəki danışıqlar məkanına gəldiyini təsdiqləyib.