00:00:00
Yazar
Ayşən Səlimova
26.03.2026 12:25 7 1 dəq oxuma
Dünya

İran "Sadiq 4" əməliyyatı çərçivəsində ABŞ-nin regiondakı bazalarına hücum edib

İran "Sadiq 4" əməliyyatı çərçivəsində ABŞ-nin regiondakı bazalarına hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Sadiq 4" əməliyyatının 82-ci dalğası çərçivəsində ABŞ-nin regiondakı bazalarına hücum edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən "Tasnim" məlumat yayıb.

 

Məlumata görə, zərbələr ABŞ-nin Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.

 

Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.

 

SEPAH-dan bildirilib ki, hücumun təfərrüatlarını sonra açıqlanacaq.

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər