00:00:00
Yazar
Lalə Qafarova
28.05.2026 20:41 21 1 dəq oxuma
Dünya

İran: Son 24 saat ərzində Hörmüz boğazından 26 gəmi keçib

İran: Son 24 saat ərzində Hörmüz boğazından 26 gəmi keçib

 

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 23 neft tankeri və ticarət gəmisinin donanmanın koordinasiyası və icazəsi ilə keçdiyini açıqlayıb.

 

İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin yaydığı yazılı açıqlamada bildirilib ki, son 24 saat ərzində donanmanın koordinasiyası və təhlükəsizliyi altında neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri daxil olmaqla ümumilikdə 23 gəmi Hörmüz boğazından keçib.

 

Açıqlamada həmçinin qeyd olunub:
"Hörmüz boğazında hərəkət üçün icazə alınması və koordinasiyanın təmin edilməsi məcburidir. Daha əvvəl də elan edildiyi kimi, digər marşrutlardan keçid qayda pozuntusu hesab ediləcək və lazımi tədbirlər görüləcək". 

 

Bundan başqa, dünən gecə bir neçə gəminin naviqasiya sistemlərini söndürərək icazəsiz şəkildə Fars körfəzinə daxil olmağa cəhd etdiyi, lakin donanmanın xəbərdarlığından sonra geri dönmək məcburiyyətində qaldığı bildirilib.

 

TRT HABER 
Reyhan Qulizadə

#boğazından #hörmüz #baki #keçib #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər