İran Türkiyəyə uçuşları bərpa edib
"İran Air" şirkəti Tehran-İstanbul-Tehran uçuşlarının rəsmi olaraq 3 fevralda bərpa olunacağını açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, aviaşirkət beynəlxalq ödəniş və hesablaşma sistemlərindəki nasazlıqlar, eləcə də İstanbul Hava Limanında yerüstü xidmətlə bağlı problemlər səbəbindən uçuşların 7 dekabr 2025-ci ildən dayandırıldığını açıqlayıb.
