00:00:00
Yazar
Admin User
30.01.2026 16:29 57 2 dəq oxuma
Siyasət

İran təyyarəsinin Moskvaya enişi regionda gərginliyi artırıb

İran təyyarəsinin Moskvaya enişi regionda gərginliyi artırıb

ABŞ-nin Tehran rəhbərliyinə zərbələr endirəcəyi barədə şayiələr yayıldığı bir vaxtda İran hökumətinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib. Təyyarədə İran Prezidenti Məsud Pezeşkianın da olduğu güman edilir, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, bir neçə gündür İran-Amerika münasibətlərində gərginlik pik həddinə çatıb:

 

"Baxmayaraq ki, Tramp deyir ki, danışıqlar yolu açıqdır, Amerika prezidenti istənilən gözlənilməz qərar verməyə qadir bir adamdır. Amerika bazaları getdikcə orada daha da artır. Belə bir məlumat var ki, İran təyyarəsi Moskvaya uçur. Bu, həm təhlükəsizlik, həm də siyasi-diplomatik mesaj xarakteri daşıya bilər. Təyyarə heyətində kim olub, kimlərdən ibarətdir, hələlik məlum deyil. Bu, İranın yüksək rütbəli adamları da ola bilər. Təhlükəsizlik baxımından Amerika tam əmin olmağa çalışır ki, hədəfi düzgün müəyyən etsin. Bu gün Arakçı Türkiyədə Hakan Fidan ilə görüşür. Eyni zamanda, Ərdoğan Pezeşkian ilə telefon danışığı aparıb və hələ bizə məlum olmayan müxtəlif kanallardan - Səudiyyə Ərəbistanı, Qatar, Oman və digər yaxın ölkələr vasitəsilə ABŞ və İrandan danışıqlar aparılır".

 

Müsahib qeyd edib ki, Şərqdə İran-Rusiya münasibətləri də mühüm rol oynayır:

 

"Əgər müharibə başlayarsa, nəticəsi bu münasibətləri müəyyən edəcək. İran müqavimət göstərməyə söz verib və gücü buna yetər. Burada tək İran faktoru deyil, Çin faktoru da əhəmiyyətlidir. İranda Çin böyük investisiyalara malikdir və mövqelərini qoruyub saxlamaq üçün maraqlıdır. Venesuelada isə vəziyyət artıq dəyişib. Çin məcburdur ki, İrandan ucuz neft alsın və maraqlarını təmin etsin. Əgər müharibə başlayarsa, Yaxın Şərqdə böyük gərginlik olacaq. Azərbaycan olaraq müharibənin tərəfdarı deyilik, danışıqlarla həll olunmasını istəyirik. Biz də o regionda yerləşirik, İran qonşumuzdur və orada 30 milyondan çox soydaşımız yaşayır. Onların həyatı üçün böyük təhlükə var".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər