00:00:00
Yazar
Zəri Bayramlı
24.06.2026 22:55 22 1 dəq oxuma
Dünya

İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib

İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib

“Heç kim belə bəyanatlara aldanmayacaq".

 

"İnformator.az" xəbər verir ki , bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dövlət katibi Marko Rubionun "X" sosial şəbəkəsindəki açıqlamasına münasibət bildirərkən deyib.

 

“Heç kim belə bəyanatlara aldanmayacaq. Regionumuzda həqiqi sülh ABŞ-nin hərbiləşdirmə və müdaxilə siyasəti davam etdiyi, onun himayəsində olan işğalçı qüvvə tam cəzasızlıq şəraitində bölgəyə sonsuz müharibələr sırıdığı, soyqırımı və digər ağır cinayətlər törətdiyi müddətcə mümkün olmayacaq”, - Bəqai bildirib.

 

Qeyd edək ki, Marko Rubio bəyanatında müqavimət qrupları ilə bağlı məsələlərin İran və ABŞ arasında İslamabad memorandumunun bir hissəsi olduğunu iddia edib.

#xəbər #bildirib #sözçüsü #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər