İrana keçən kürd silahlı qrupu məhv edilib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın şimal-qərbində əməliyyat həyata keçirib.
"İnformator.az" "Mehr" agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı ölkə ərazisinə keçərək təxribat törətməyə çalışan bir qrup silahlı məhv edilib.
SEPAH-ın məlumatına görə, silahlılar İran Kürdüstan Demokrat Partiyası ilə əlaqəli olublar.
Qrup kəşfiyyat fəaliyyəti nəticəsində aşkar edilib və daha sonra İran qüvvələri tərəfindən qurulan pusquya düşüb. Hadisə Piranşəhr şəhəri yaxınlığındakı dağlıq ərazidə baş verib.
İran ordusu bildirib ki, qrupun beş üzvündən heç biri sağ qalmayıb. Silah və avadanlıqlar da müsadirə edilib.