İranda etirazlar 185 şəhərdə davam edir
İran parlamenti ölkəni bürümüş və xeyli insanın ölümü ilə nəticələnən genişmiqyaslı etirazlar fonunda təcili iclas keçirir.
“İnformator.az” bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, İran parlamenti ölkəni sarsıdan davamlı etirazları müzakirə etmək üçün bazar günü toplaşıb.
İclasın müəyyən anında qanunvericilər tribunaya tərəf qaçaraq “Amerikaya ölüm!” şüarları səsləndirməyə başlayıblar.
Qeyd edək ki, etirazlar İranın 31 əyalətinin 185 şəhərində davam edir. Nümayişlər zamanı 116 nəfər həlak olub, onlardan yeddisi 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxsdir, daha dördü isə yaralılara yardım göstərən tibb işçisidir.
