İranda müharibə bazarları sarsıdır
İranda baş verən müharibə S&P 500 üçün ənənəvi “təhlükəsiz investisiya” yanaşmasını zəiflədir. S&P 500 son bir ilin ən pis ayını yaşamağa doğru gedir. Adətən belə vəziyyətlərdə investorlar qızıl və dövlət istiqrazlarına üz tutur, lakin bu dəfə həmin aktivlər də səhmlərlə birlikdə dəyər itirib və gözlənilən qorumanı təmin etməyib.
ABŞ fond bazarları günə enişlə başlayıb. Dow Jones Industrial Average 244 bənd azalaraq 0.53% düşüb, S&P 500 0.8%, Nasdaq Composite isə 1.1% geriləyib. Qızıl fyuçersləri 2.5% ucuzlaşıb, dövlət istiqrazlarının gəlirliliyi isə artıb ki, bu da investorların istiqrazları satdığını göstərir.
CNN
Səadət Əlizadə