00:00:00
Yazar
Aise Mustafayeva
02.11.2026 22:22 24 1 dəq oxuma
Siyasət

İranda terrorun qarşısı alınıb: saxlanılanlar var


 

İranda terrorun qarşısı alınıb: saxlanılanlar var

İranın Sistan və Bəlucistan vilayətində terror aktının qarşısı alınıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

 

"Bu qrup bölgədə yerləşdirilmiş təhlükəsizlik qüvvələrinin qərargahlarına qarşı terror əməliyyatı həyata keçirməklə yanaşı, Zərabad-Kənarak yolunu bağlamağı planlaşdırırdı, lakin vaxtında atılan addımla Sistan və Bəlucistan vilayətinin sakinlərinin təhlükəsizliyinə xələl gətirmək mümkün olmayıb”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, əməliyyat zamanı terrorçulardan biri öldürülüb, bəziləri saxlanılıb, digərləri isə qaçmağa nail olublar. Həmin şəxslərin təqibi davam etdirilir.

 

 

 

#yeni #qarşısı #alınıb: #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər