00:00:00
Yazar
Zəri Bayramlı
02.11.2026 22:48 27 2 dəq oxuma
Siyasət

İsveç-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi imkanları müzakirə edilib

İsveç-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi imkanları müzakirə edilib

İsveç səfiri Luis Morsinq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ilə İsveç səfirinin görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir:

 

“Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi və İsveç səfirinin görüşü, diqqətçəkici bir görüşdür. Nəzərə alsaq ki, İsveç Avropanın inkişaf etmiş ölkələrindən biridir. O, müasir sənayesi, hərbi-sənaye kompleksi, dayanıqlı iqtisadiyyatı, o cümlədən sosial rifah dövləti olması baxımından diqqətçəkici bir mövqedədir. İsveç Azərbaycanla uzun müddətdir ki, diplomatik münasibətlər quran və səfirlik vasitəsilə bu münasibətləri həyata keçirən dövlətlərdən biridir.  Bu baxımdan hər iki tərəf ikitərəfli münasibətlərin inkişaf etdirilməsi zərurətini bilir və buna uyğun da addımlar atmağa çalışır”.

 

 

Politoloqun sözlərinə görə, bu görüş  gələcək perspektivdə münasibətlərin daha da inkişaf etdirilməsinə, xüsusilə də ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verə bilər:

 

 

“İsveç beynəlxalq səviyyədə kifayət qədər nüfuza malik dövlətdir və Skandinaviyanın ən inkişaf etmiş dövləti statusundadır, bu baxımdan İsveçlə münasibətlərin inkişafı həm də Skandinaviya yarımadası ölkələri ilə münasibətlərin inkişafına, Avropa ilə əlaqələrin genişlənməsinə təkan verə bilər. İsveçin bəzi texnoloji şirkətləri Azərbaycanda fəaliyyət göstərirlər. O cümlədən Ericsson şirkətinin burada fəaliyyətini qeyd edə bilərik. Scania və digərlərinin də Azərbaycanda layihələr həyata keçirməklə bağlı niyyətlərinin olduğu bəllidir. Bu baxımdan bu müzakirə qarşılıqlı münasibətlərin və əməkdaşlığın davam etdirilməsi baxımından önəmlidir. Hər iki ölkənin faydasına olan bu əməkdaşlığın inkişaf etdirilməsidir”.

 

Fidan Alışova

#möhkəmləndirilməsi #əməkdaşlığının #yeni #edilib #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər