00:00:00
Yazar
Admin User
11.07.2023 12:36 225 2 dəq oxuma
Sosial

İranda yenidən Azərbaycan Səfirliyi açıla bilər

İranda yenidən Azərbaycan Səfirliyi açıla bilər

İrandan Tehranda Azərbaycan səfirliyinin açılması ilə bağlı fikirlər səslənir. İran Xarici işlər nazirinin sözçüsü Nasir Kənani qarşılıqlı səfərlər, müzakirələr nəticəsində yaxın gələcəkdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin açılışının şahidi olacaqlarına ümid etdiyini deyib. Azərbaycan tərəfinin isə prosesdəki mövqeyi lap əvvəldən bəllidir. Bakı tərəfi günahkarların ən ciddi şəkildə cəzalandırılmasını gözləyir. Bəs hazırda real şərait nədən xəbər verir? İranda səfirliyimizin yenidən fəaliyyətə başlaması üçün münbit şərait varmı?

 

İran Tehranda Azərbaycan səfirliyinin açılmasına istəkli görünür. İran Xarici işlər nazirinin sözçüsü Nasir Kənaninin danışıqların nəticəsində "səfirliyin fəaliyyətinin bərpası üçün əsaslar yarandığını" iddia etməsi bunu deməyə əsas verir. Üstəlik bir müddətdir adıçəkilən istiqamətdə təmaslar mövcuddur. İyulun 5 və 6-da Bakıya gələn İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahianın səfəri zamanı da iki ölkə arasında münasibətlərin normallaşdırılması müzakirə edilib. Analitiklərin sözlərinə görə, ortada real addım olmayanadək açıqlamalar və İranın arzuları sözdən başqa bir şey ifadə etmir. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini davam etdirməsi üçün rəsmi Bakının tələbləri yerinə yetirilməlidir.

 

İranda isə artıq bir müddətdir xaotik vəziyyət davam edir. İran vətəndaşlarının həyatının belə təhlükə altında olduğu ölkədə azərbaycanlı diplomatların taleyi sual altındadır. Güneyli fəallar da bunları əsas gətirərək İranın səfirlik nümayəndələrini qoruya bilməyəcəyini deyirlər.

 

27 yanvar tarixində Azərbaycan səfirliyinə edilən hücumla bağlı hazırda araşdırma da şəffaf deyil və İran yaxalanan terrorçunu himayə etməklə məşğuldur. Tehranın bu hərəkəti davam etdirməsi isə Azərbyacan səfirliyinin bərpasını sual altına qoyur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər