00:00:00
Yazar
Admin User
02.01.2026 08:45 88 1 dəq oxuma
Dünya

İrandakı etirazlarlarda zor tətbiq edilərsə, müdaxilə edəcəyik

İrandakı etirazlarlarda zor tətbiq edilərsə, müdaxilə edəcəyik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etirazlar güc tətbiq edilməklə yatırılarsa, Vaşinqton ora müdaxilə edə bilər.

 

“İnformator.az” xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

 

“Əgər İran dinc nümayişçilərə atəş açıb və onlarla amansız davranarsa, ABŞ onlara kömək edəcək. Biz silahlanmışıq və döyüşə hazırıq”, - D.Tramp yazıb.

 

Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar beş gündür kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlər və yaralananlar var.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər