00:00:00
Yazar
Ayşən Səlimova
13.03.2026 21:23 15 1 dəq oxuma
Dünya

İrandan buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik sursat zərərsizləşdirilib

İrandan buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik sursat zərərsizləşdirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, İrandan buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

 

 Bu hadisə Türkiyə hava məkanında İran mənşəli olduğu bildirilən üçüncü pozuntu hesab olunur. Nazirlik baş verən son hadisədən Almaniyadan Malatyaya Patriot hava hücumundan müdafiə sisteminin yerləşdirildiyini açıqlayıb. İranın Ankaradakı səfirliyi isə 13 martda yaydığı açıqlamada İrandan Türkiyəyə heç bir raketin buraxılmadığını vurğulayıb. Səfirliyin X sosial şəbəkəsində paylaşdığı yazılı açıqlamada bildirilib ki, İran son diplomatik təmaslarında bu məsələ ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün məsələni ətraflı araşdırmaq məqsədilə Türkiyə ilə birgə texniki qrup yaratmağa hazır olduğunu bəyan edib.

 

 

BBC NEWS

 Səmayə Səftərova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər