İrandan qorxu dolu şahid ifadəsi
"Bunu öz gözlərimlə gördüm. Onlar birbaşa etirazçıların sıralarına atəş açıb və insanlar olduqları yerdəcə yerə yıxılıblar".
Omid danışarkən səsi titrəyib. Onun izi sürülə biləcəyindən qorxub. İranla dünyanın qalan hissəsi arasındakı sükut divarını aşmaq, hakimiyyətin mümkün qisas tədbirlərini nəzərə alsaq, böyük cəsarət tələb edir.
Təhlükəsizliyi üçün adını dəyişdirdiyimiz, 40 yaşlarının əvvəlində olan Omid son bir neçə gündür İranın cənubundakı kiçik bir şəhərdə ağırlaşan iqtisadi çətinliklərə etiraz olaraq küçələrdə aksiya keçirir.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri şəhərdə silahsız etirazçılara Kalaşnikov tipli avtomat silahlarla atəş açıb.
BBC NEWS
Banu Məmmədova
