00:00:00
Yazar
Zəhra Həsənova
23.06.2026 19:34 25 2 dəq oxuma
Siyasət

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq". 

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq".

İsveçrədə ABŞ nümayəndələri ilə danışıqlar aparan İran nümayəndə heyəti Donald Tramp görüşlər zamanı səsləndirdiyi təhdid xarakterli bəyanatlara görə üzr istəməyənədək rəsmi danışıqları davam etdirmək niyyətində olmadığını açıqlayıb. Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, İran və ABŞ arasında İsveçrədə keçirilən danışıqlar Trampın sərt açıqlamaları fonunda keçirilib:

 

"Bu isə təmasların gərginliyini daha da artırıb. Buna baxmayaraq, İsveçrə görüşünün uğurlu olduğunu deyə bilərik. Çünki artıq ilk nəticələr var. Ən əsası, tərəflər regional gərginliyin azaldılması məsələsində ortaq mövqeyə gəliblər. Nüvə mövzusunda yeni bir çərçivə sazişinin formalaşması üçün isə növbəti təmaslar olacaq. Düşünürəm ki, Pakistan və Qətərin vasitəçiliyi tərəflərin uzlaşmasında mühüm rol oynayıb. Trampın sərt bəyanatlarına rəğmən masada Tehranın tələb etdiyi sanksiyaların ləğvi və təzminat məsələləri ilə Vaşinqtonun prioriteti olan Hörmüz boğazının açılması arasında mühim kompromis nöqtələri tapılıb. İlk təmasların uğurla yekunlaşması hüquqi və hərbi-texniki ziddiyyətləri minimuma endirərək siyasi qərar mərhələsinə keçidi təmin edib və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin qeyd etdiyi kimi yaxın həftələrdə danışıqların xarici işlər nazirləri səviyyəsinə qaldırılması gözlənilir. Təbii ki, danışıqları xüsusilə, Yaxın şərq ölkələri diqqətlə izləyirdilər. Çunki İran və ABŞ-nin verəcəyi qərar onların da təhlükəsizliyi baxımından önəmli idi. Belə görünür ki, proseslər müsbət yöndə irəliləyir".


Aişə Mustafayeva

#Tramp #ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər