00:00:00
Yazar
Zeynəb Yunuszadə
17.05.2026 21:33 45 1 dəq oxuma
Dünya

İranı müzakirə ediblər

İranı müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Axios” israilli rəsmiyə istinadən məlumat yayıb.

 

İsrailli rəsmi bildirib ki, Netanyahunun əsas məqsədlərindən biri Trampın Çinə son səfəri ilə bağlı məlumat almaq olub.

 

Həmçinin tərəflər söhbət zamanı İran məsələsini müzakirə ediblər.

 

“Bir çox ehtimal var. Hər ssenariyə hazırıq”, - deyə Netanyahu bildirib.

 

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Çinə səfərdən qayıdan ABŞ Prezidenti Donald Trampla gün ərzində İran məsələsini müzakirə edəcəyini açıqlamışdı.

#müzakirə #i̇ranı #yeni #ediblər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər