İranı yerlə yeksan edəcəyik! - Tramp
Vaşinqtonla razılıq əldə olunmadığı təqdirdə, ABŞ iyunun 12-də, cümə gününə keçən gecə İranı darmadağın edəcək.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" telekanalının efirində çıxışı zamanı deyib.
"Biz sabah gecə onları yerlə yeksan edəcəyik", - Tramp edib.
Qeyd edək ki, iyunun 11-nə keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika ordusunun İrana qarşı əlavə zərbələr endirməyə başladığını məruzə edib. Buna cavab olaraq Tehran Hörmüz boğazının neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, bütün növ dəniz nəqliyyatının keçidi üçün bağlandığını elan edib.